Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan hakimiyyətdə qalsa, nələr baş verəcək? 

Cəmi 9 gündən sonra Ermənistanda keçiriləcək erkən parlament seçkiləri ilə bağlı Azərbaycan ictimaiyyətini bir çox suallar narahat edir. Onlardan biri də Nikol Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə 10 Noyabr razılaşmasının həlli yarımçıq qalmış müddəalarının sonadək həyata keçirilməsini təmin edib-edə bilməyəcəyidir.

“Hesab edirəm ki, 10 Noyabr razılaşmasının həyata keçirilməmiş əsasən bir bəndi qalıb: Zəngəzur dəhlizinin bərpası. Digər yarımçıq icra olunmuş maddə isə erməni ordusunun keçmiş Dağlıq Qarabağ ərazisindəki az sayda qalıqlarının çıxarılmasıdır. Bir də Ermənistanla sərhədlərin demilitasiya və demarkasiyası... Bunların həyata keçirilməsi, zənnimcə, Paşinyan üçün o qədər də problem yaratmayacaq”.

PİA.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov söyləyib.

“Axı bəzi məlumatlara görə, hazırda Yuxarı Qarabağın nəzarətimizdə olmayan hissələrində bəlkə də 10 mindən çox erməni hərbçisi var?” sualına cavabında isə keçmiş baş diplomat belə deyib:

“Yox, inanmıram ki, Qarabağda bu sayda erməni silahlısı qalsın. Bunlar hamısı oradakı qondarma rejimin guya hələ də “müdafiə ordusu”na malik olması haqda görüntü yaratmaq üçün ortalığa atılan rəqəmlərdir. Sadəcə, Azərbaycan Laçın dəhlizindəki sərhəd-keçid məntəqəsində buraxılışın sərtləşdirilməsinə nail olmaqla bu məsələnin həllini tezləşdirə bilər”.

Politoloq Qarabağdakı problemlərin həllində Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin əhəmiyyətindən də danışıb.

“Və eyni zamanda Türkiyə-Rusiya birgə monitorinq mərkəzi bu məsələdə ciddi rol oynamalıdır. Yəni həmin mərkəz PUA-lar vasitəsilə əraziyə nəzarət etməklə toplanan məlumatların təhlilini apararaq Yuxarı Qarabağda nə qədər qanunsuz silahlı qüvvə olduğunu müəyyənləşdirə və onların kimliyini də identifikasiya edə bilərlər. Bundan sonra həm bilavasitə Ermənistan ordusunun Qarabağdakı qalıqları, eyni zamanda oradakı yerli ermənilərdən təşkil olunmuş silahlı qüvvələr tərksilah olunmalıdır. Çünki onların orada qalması, təbii ki, sülhə gətirib çıxarmayacaq”- deyə T.Zülfüqarov vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar